Bakıdakı oteldə ərəb turistin meyiti aşkarlandı

11 Avqust 2016 15:35 (UTC+04:00)

Paytaxta qonaq kimi təşrif buyuran, BƏƏ vətəndaşı Almuhanna Muhammed Ali Aminin qaldığı oteldə onun meyiti aşkar edilib.

Ərəb turustin cəsədi Neftçilər prospektində yerləşən "JW Marriott Absheron" mehmanxanasından tapılıb. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Cəsədin 1953-cü il təvəllüdlü BƏƏ vətəndaşı Almuhanna Muhammed Ali Aminə məxsus olduğu müəyyənləşdirilib.

Çəkisi 270 kiloqram olan ərəb turistin kəskin ürək çatışmazlığından keçindiyi bildirilir. Digər tərəfdən, onun şəkərli diabetdən əziyyət çəkməsi də məlum olub. Ölümündən əvvəl mərhum qarın nahiyəsinə insulin vurub. Onun Azərbaycana tək gəldiyi bildirilir.

Hazırda əcnəbinin nəşinin öz ölkəsinə göndərilməsi üçün sənədlər hazırlanır.

Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Virtualaz.org