Mənzildən 50 minlik qızıl oğurlandı - Bakıda

11 Avqust 2016 17:05 (UTC+04:00)

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, hadisə A.Mustafayev küçəsində qeydə alınıb. Ev 43-də yaşayan 1977-ci il təvəllüdlü Mahirə Həsənovanın mənzilindən açarseçmə yolu ilə 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Report.az