Keçmiş MTN-in emblemində dəyişiklik edildi - Fərman

11 Avqust 2016 19:48 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, fərman ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəsmi embleminin təsvirində dəyişikliklər edilməklə Dövlət Təhlükəsizlik Xidmətinin emblemi kimi təsdiq edilməsini nəzərdə tutur.

Başqa sözlə, MTN-in embleminin adında, birinci hissəsində və emblemin şəklinin adında, emblemin ikinci hissəsinin birinci cümləsində "Milli Təhlükəsizlik Nazirliyinin" sözləri "Dövlət Təhlükəsizliyi Xidmətinin" sözləri, ikinci hissəsinin birinci cümləsində "Milli Təhlükəsizlik Nazirliyi" sözləri "Dövlət Təhlükəsizliyi Xidməti" sözləri ilə əvəz ediləcək.