18 yaşlı gənc bıçaqlandı - Bakıda

11 Avqust 2016 20:30 (UTC+04:00)

Ötən gün Məmməd Rahim küçəsi, 20 ünvanında naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini, 18 yaşlı Vüsal Hüseynovun baş nahiyəsinə bıçaqla xəsarət yetirib. V.Hüseynov tibbi yardım göstərilməsi üçün Kliniki Tibbi Mərkəzə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Report.az