Kişi arvadını və baldızını bıçaqladı - Zərdabda

11 Avqust 2016 21:34 (UTC+04:00)

Hadisə bu gün gündüz saatlarında rayonun Bıçaqçı kəndində baş verib. Kənd sakini Təhməz Şamilov ailə münaqişəsi zəminində həyat yoldaşı 51 yaşlı Maya Allahverdi qızı Şamilovaya və onun bacısı 27 yaşlı Roza Allahverdi qızı Məmişovaya bıçaqla xəsarət yetirib. Hər iki yaralı təcili olaraq Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən T. Şamilov könüllü olaraq Zərdab Rayon Polis Şöbəsinə gələrək hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


APA.az