TRT-nin 42 əməkdaşı tutuldu

11 Avqust 2016 22:48 (UTC+04:00)

Ankara Şəhər Polis İdarəsi Cinayət-axtarış şöbəsinin əməkdaşları Ankara Prokurorluğunun Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra apardığı istintaq tədbirləri çərçivəsində TRT-nin əsas binasında əməliyyat keçiriblər.

Məlumata görə, saxlanılan şəxslər Ankara Şəhər Polis İdarəsinə götürülüb.