Ermənistan və İran arasında vizasız gediş-gəliş başlandı

12 Avqust 2016 10:02 (UTC+04:00)

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) prosesə avqustun 11-dən başlanıldığını açıqlayıb.

Ermənistan XİN-in məlumatında deyilir ki, Memoranduma əsasən, Ermənistan və İran vətəndaşları digər ölkənin ərazisində vizasız 90 gün qala bilərlər.

APA.az