Müxalif şair YAP-a üzv olur: “Tövbə heç vaxt gec deyil”

12 Avqust 2016 11:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. 50 yaşlı şair yaxın günlərdə sözügedən partiyaya ərizə ilə müraciət edəcəyini vurğulayıb: "Son vaxtlar bu barədə xeyli düşündüm, təhlillər apardım. Yeni Azərbaycan Partiyasının daxili siyasətini alternativsiz hesab etdiyimdən həmin partiyanın sıralarına qoşulmaq qərarına gəldim. Tam ciddiyəm. Qəbul eləsələr, şad olaram. Qəbul etməsələr belə, kənardan həmin partiyanın təəssübkeşi kimi qalacağam. Necə deyərlər, tövbə heç vaxt gec deyil".

Bahar RÜSTƏMLİ
AzNews.az