Azərinlə Tünzalənin adı Gülən qalmaqalında - Açıqlamalar + Video

12 Avqust 2016 12:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, müğənni Azərinin və Tünzalə Ağayevanın Türkiyədə Gülənə yaxınlığı ilə seçilən sənətçilər olması barədə iddialar var.

İddialar daha çox onunla əsaslandırırlır ki, müğənnilər ayrı-ayrı vaxtlarda Gülənin sözlərinə bəstələnmiş musiqilər ifa ediblər. Belə ki, Azərin 2012-ci ildə Türkiyədə "Saman yolu" televiziyasının 20 illik yubileyi ilə əlaqədar keçirilən konsertdə sözləri Fəthullah Gülənə, musiqisi Ertugrul Erkişiyə aid "Dünya" mahnısını ifa edib.

Əməkdar artist Tünzalə Ağayeva isə "Ona gedən yol" adlı konsertində Fətullah Gülənin sözlərinə bəstələnmiş "Gullerin Efendisi" adlı mahnılarını ifa edib. Həmin mahnıları təqdim edirik:





Xalq artisti Azərin məsələ ilə bağlı AzNews.az-a açıqlama verib. Müğənni bildirib ki, sözügedən musiqinin oxunduğu tədbirdə Türkiyə iqtidarının önəmli şəxsləri də iştirak edib: "Gördüyünüz video görünülər 2012-ci ildə "Saman yolu" televiziyasının 20 illiyində Muazzes Ersoy, Erhan Guleruz, Melihat Gurses, Orhan Gencebay, Ahmet Özhan kimi ünlü sənətçilərin iştirak etdiyi konsertdən çəkilib. Konsertdə Türkiyənin iqtidarında olan 1 nömrəli siyasi simaları da ön sıralarda yer alıb. Hamı kimi mən də bu gün Türkiyədə cərəyan edən hadisələrin şahidiyəm. Yenə də hər zamankı kimi öz xalqımın və dövlətimin adına Türkiyəmizin haqlı davasında türk xalqının və dövlətinin yanındayam. Vətənim Azərbaycanı burada layiqincə təmsil etməyə davam edirəm. Haqqımda yazılan tarixi məlum olmyan yazı, bir daha onu təsdiq etdi ki, mənim bugünkü və hər zamankı mövqeyim bizə düsmən olan qüvvələri narahat edir. Bir daha üzumü tutub bəzi "insanlara" demək istəyirəm ki, mərdliyə, düzgünlüyə,vicdana, namusa qarşı savaş acmaq məğlubiyyətə uğramaq deməkdir. Necə ki, Türkiyədə olan son tarixi hadisələr bunu bütün dünyaya təsdiq elədi".

Azərin sözügedən konsertdə çəkilmiş fotoları da redaksiyamıza göndərib. Həmin şəkilləri təqdim edirik:






Tünzalə Ağayevanın prodüsseri Yalçın Cabbarov isə Əməkdar artistin repertuarında "Güllərin əfəndisi" adlı mahnının olmadığını bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az