Rio-de Janeyroda 8-ci gün - 24 medal, 3 idmançı

12 Avqust 2016 13:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 24 dəst medalın öz sahibini tapacağı VIII gündə 3 idmançımız mübarizsini davam etdirəcək. Onlardan Albert Səlimovla Kamran Şahsuvarlı növbəti döyüşlərinə çıxacaqlar.

Boks

Albert Səlimov (60 kq) 1/8 finalda gücünü sınayacaq. İlk görüşündə irlandiyalı Devid Coysu məğlub edən təcrübəli boksçumuz bu dəfə fransalı Sofian Oumiha ilə qarşılaşacaq. Döyüş saat 01:15-də start götürəcək.
Kamran Şahsuvarlı (75 kq) 1/8 finalda Artyom Çebotaryov (Rusiya) üz-üzə gələcək. Döyüş saat 01:30-a təyin olunub.

Cüdo

Oyunların son cüdo yarışlarının günündə işi idmançıların mübarizəsində təmsilçimiz Uşanqi Kokauri (+100 kq) mübarizəyə 1/16 finaldan qoşulacaq. O mərhələ adlamaq üçün latviyalı Arturs Nikiforenko ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:07-də başlayacaq. Yığmamızın ən ağır çəkili cüdoçusu 1/8 finala yüksələrsə, Hisoyoşi Harasava (Yaponiya) - Adam Okruaşvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

Güllə atıcılığı

25 m, təsnifat mərhələsi
19:15. Ruslan Lunyov

Aygün