Gömrükdə narkotik əməliyyatı - Konfet kağızlarında həb aşkarlandı

12 Avqust 2016 14:56 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verlən məlumata görə, yoxlama zamanı, vətəndaşa məxsus iki ədəd polietilen konfet paketlərində, konfetlərlə birlikdə doğranmış formada konfet kağızlarına bükülü 500 həb, şalvarının bel hissəsində 20 həb və corabının altında 170 həb olmaqla, cəmi 690 ədəd güclü təsir edən maddə - "Tramadol" aşkar olunaraq götürülüb.

Məlumat üçün bildiririk ki, "Tramadol" adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir və aşkar olunan 690 həbdə tramadoloun təsiredici maddəsinin ümumi miqdarı 138 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.