Suriyada daha bir rusiyalı hərbçi öldü

12 Avqust 2016 19:48 (UTC+04:00)

Suriyada gedən döyüşlərdə həyatını itirən rusiyalı hərbçi Əsgər Bijoyev ölümündən sonra "Cəsarət" medalı ilə təltif edilib.

Onun medalı valideynlərinə təqdim olunub.

Qeyd edək ki, may ayında Ə. Bijoyevin itkin düşməsi barədə xəbərlər yayılıb. İndiyədək Suriyada 19 rusiyalı hərbçinin öldüyü bildirilir.


APA.az