Rioda növbəti qalmaqal - Cüdoçu həbs olundu

12 Avqust 2016 20:32 (UTC+04:00)

İki gün əvvəl döyülüb, telefonu əlindən alınan 32 yaşlı idmançı həbs edilib. Buna belçikalının Rio-de-Janeyro otellərinin birindəki davranışı səbəb olub. Qarət olunandan sonra telefonunun izinə düşən Dirk otelə daxil olub və bir qadını izlədiyini bildirib. O, telefonunun məhz həmin qadında olduğunu və bu üzdən onu geri qaytaracağını iddia edib.

Otelin əməkdaşı ilə anlaşa bilməyib, dalaşmağa başlayan cüdoçu polis tərəfindən həbs olunub. Bölməyə aparılan belçikalının həmin vaxt içkili olduğu bildirilir.

Qeyd edək ki, van Tihelt Azərbaycan idmançısı Rüstəm Orucovun gümüş medal qazandığı 73 kiloqram çəki dərəcəsində üçüncü olub.


Azərtac.az