ABŞ-da təyyarə qəzası - 6 nəfər öldü

13 Avqust 2016 09:12 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yüngülmotorlu təyyarə hava limanına eniş edərkən qəzaya uğrayıb. Bu zaman təyyarədə yanğın baş verib.

Qəza nəticəsində 6 nəfər həlak olub. Ölənlərin şəxsiyyəti məlum deyil.

Hadisənin başvermə səbəbi araşdırılır.