Nabranda qəza - Yaralılar var

13 Avqust 2016 09:51 (UTC+04:00)

Qəza gecə saatlarında Xudat-Nabran yolunda qeydə alınıb. "VAZ 2107" markalı avtomaşınla "Range Rover" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər -. Xudat şəhər sakinləri - 1985-ci il təvəllüdlü Fazilov Elvin Rafiq oğlu və 1985-ci il təvəllüdlü Fərixanov Adik Ziyafəddin oğlu müxtəlif bədən xəsarətləri alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

APA.az