Maskalı şəxslər jurnalistin evinə basqın etdi - Bakıda

13 Avqust 2016 10:36 (UTC+04:00)

Bu barədə məlumat verən S. Bayramov bildirib ki, ki, təxminən saat 01 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində olan evinin ikinci mərtəbəsində yatarkən birinci mərtəbədən səs-küy eşidərək aşağı enib. Bu zaman maskalı şəxslərin evi axtardığını görüb. Həmin şəxslər S. Bayramovu gördükdən sonra qaçıblar. Hadisədən sonra evdən bir neçə qiymətli əşyanın aparıldığı məlum olub.

Hadisə barəsində Binəqədi rayon Polis İdarəsinə məlumat verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

APA.az