Yevlaxda çay evində dava düşdü - 1 nəfər öldü

13 Avqust 2016 11:14 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 12-də Yevlax şəhərində yerləşən çayxanalardan birində şəhər sakini Sadiq Məmmədov münaqişə zəminində həmyerlisi Valeh Musayevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. V.Musayev hadisə yerində ölüb.

S.Məmmədov Yevlax Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.