Sabah əsl dəniz havası olacaq

13 Avqust 2016 12:42 (UTC+04:00)

Bu barədə AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin məlumat verilib. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi lə əvəz olunacaq.

Havanın temperaturu Avşeron yarımadasında gecə 24-27° isti, gündüz 34-39° isti, Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi axşam qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27°, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 29-30° isti olacağı gözlənilir