Hacıqabulda faciə - Manqal uşağın üstünə aşdı

13 Avqust 2016 13:30 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 11-də Hacıqabul rayonunun Rəncbər kəndində yaşayan azyaşlı Yusif Qafarovun üstünə manqal aşıb. Xəstəxanaya yerləşdirilən Y.Qafarov avqustun 12-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.