Rio-2016-da IX gün – 3 idmançımız üçün çətin sınaq

13 Avqust 2016 13:46 (UTC+04:00)

Aznews.az xəbər verir ki, oyunların IX günündə daha 3 Azərbaycan idmançısı çıxış edəcək.

Güllə atıcılığı

25 m məsafəyə atəşaçmada Azərbaycan millisinin snayperi Ruslan Lunyov da hədəf önünə keçib.

10 m məsafəyə atəşaçmada 15-ci olan həmyerlimiz ikinci cəhdində artıq ilk atışını edib. Təmsilçimiz ilk mərhələdə 288 xal toplayıb. Bu nəticə ilə 26 idmançı arasında 14-cü sırada qərarlaşmış idmançımızin ikinci cəhdi bu gün baş tutacaq. Yarış Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Velospied idmanı

Keyrin
I mərhələ
Velosipedçimiz Olqa İsmayılova keyrin növü üzrə ilkin mərhələdən mübarizəyə start verəcək. Ümumilikdə 27 atletin mübarizə apardığı birinci mərhələdə 4-cü qrupda yarışacaq İsmayılovanın rəqibləri Lisandra Querra Rodriges (Kuba), Sandi Kler (Fransa), Şennon Makkörli (İrlandiya), Simona Krupekkayte (Litva), Elis Liqtli (Hollandiya) və Lyubov Basova (Ukrayna) olacaq.

Reqalamentə əsasən bütün qruplarda ilk iki yeri tutan idmançılar ikinci mərhələyə yüksələcəklər. Digər velosipedçilər isə təsəlliverici yürüşdə qüvvələrini sınayacaqlar.
Təmsilçimizin yarışı Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Boks

Superağır çəkidə (+91kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov növbəti görüşünə çıxacaq. Təmsilçimiz 1/8 finalda qazaxıstanlı İvan Diçko ilə qarşılaşcaq. London Olimpiadasının bürünc mükafatçısının döyüşü Bakı vaxtı ilə saat 02:45-də (14 avqust) start götürəcək.

Aygün İlqarqızı