Ucarda intihar - İki uşaq anası özünü asdı

13 Avqust 2016 19:43 (UTC+04:00)

Hadisə bu gün səhər saatlarında rayonun Qaracallı kəndində qeydə alınıb. Kənd sakini, iki uşaq anası olan Gülnar Nurəddin qızı Qasımova özünü yaşadığı evin artırmasından asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.


APA.az