İrəvanda etiraz aksiyaları davam edir

13 Avqust 2016 22:49 (UTC+04:00)

Tədbirdə müxalif "Təsis parlamenti"nin üzvləri Arutyun Ağlamazyan və Vaqram Petrosyan, "Ayazn" partiyasının üzvü Armen Ovanisyan, "AİM" partiyasının üzvü Qagik Saruxanyan və məşhur yazıçı, publisist və ictimai xadim Varqdes Qaspari çıxış ediblər.

Varqdes Qaspari mikrofona üzərində "Serjik qatildir!" yazılmış şüarla çıxıb. Şüarda həmçinin 2008-ci ilin mart ayının 1-də öldürülmüş şəxslərin və Ermənistan ordusunun özbaşınalıq nəticəsində itirdiyi hərbçilərinin şəkilləri əks etdirilmişdi.

Müxalifətçilər bildiriblər ki, bundan sonra mübarizə formasını dəyişir və xalq şurası yaradılır ki, onun tərkibi sabah elan ediləcək. Mübarizənin yeganə məqsədi Serj Sarkisyanın rəhbərlik etdiyi hakimiyyətin istefası və Ermənistanın Rusiya "müstəmləkəçiliyi"ndən qurtulmasıdır.


Virtualaz.org