Balakəndə zəlzələ

13 Avqust 2016 23:25 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 20:53:17-də Zaqataladan 16km simal qerbde Balakən rayonu ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.2, dərinliyi 7 km olan zəlzələ hiss olunmayıb.