Üsyanda yaralanan azərbaycanlı məhbus öldü

13 Avqust 2016 23:41 (UTC+04:00)

Həmin həbsxamada cəza çəkən azərbaycanlı Siyavuş Sabirov avqustun 9-da ölüb.
İyulun 24-də həmin həbsxanada çəza çəkən 240-dan çox məhbus qiyam qaldırıblar. Onların arasında istənilən vaxt ibadət hüququ tələb edən müsəlmanlar da olub.

İştirakçılardan biri olan Siyavuş Sabirov üsyan yatırıldıqdan sonra 33 saylı həbsxanaya köçürülüb. O, avqustun 8-də qarnındakı zədə, bədənindəki çoxsaylı qançırlarla və sıyrıntılarla, eləcə də başının qapalı zədəsi ilə xəstəxanaya düşüb. Onun peritonit və sepsisi də olub. Məhbus növbəti gün ölüb.

Bundan əvvəl verilən məlumata görə, Sabirov və daha 5 məhbus həbsxana əməkdaşları tərəfindən döyülüblər. Onların zorlandığı isə təkzib edilib. Hazırda bütün bu faktlarla bağlı araşdırma aparılır.


Modern.az