İlham Əliyev Sergey Şoyqunu qəbul etdi - FOTO

14 Avqust 2016 20:51 (UTC+04:00)

Dövlətimizin başçısı Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əlaqələrimizin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, iki ölkənin dövlət başçılarının görüşü zamanı bildirilmişdi ki, Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olması əlaqələrimizin müxtəlif sahələrini əhatə edən məsələlərin, həmçinin regional təhlükəsizlik məsələlərinin həllinə imkan verəcək. Prezident İlham Əliyev qeyd etdi ki, bu yaxınlarda Rusiyada keçirilən ordu oyunlarında Azərbaycan komandasının ilk dəfə çıxış etməsini nəzərə alsaq nəticəni uğurlu hesab etmək olar. Dövlətimizin başçısı Rusiya komandasının həmin oyunlarda qələbəsi münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin Azərbaycana səfərinin və səfər zamanı Prezident İlham Əliyevlə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğuladı. Sergey Şoyqu Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin Rusiyada keçirilən hərbi oyunlarda iştirakını məmnunluqla qeyd etdi.





Trend.az