Pakistanda avtobus dərəyə düşdü - 16 ölü, 29 yaralı

14 Avqust 2016 23:20 (UTC+04:00)

Xəsarət alanlardan 6-nın vəziyyəti ağır kimi qiymətləndirilir.

Qəza Palandri və Hacira yaşayış məntəqələrini birləşdirən yolda qeydə alınıb. İlkin məlumata əsasən, qəzaya səbəb 50-dən çox insanı toya aparan avtobus sürücüsünün idarəetməni itirməsi olub.


APA.az