Şəmkirdə ərzaq mağazası yandı

15 Avqust 2016 09:05 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Şəmkir rayonunda olan ərzaq mağazasında kondisioner və ərzaq malları yanıb.

Yanğından mağazanın qalan hissəsi mühafizə olunub.

Yanğın saat 6:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.