UEFA azərbaycanlı hakimə təyinat verdi

15 Avqust 2016 10:33 (UTC+04:00)

AzNews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Y.Nurullayev UEFA kubokunun ilkin təsnifat mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Qrupda Almaniyanın "Hamburg Panthers", Uelsin "Kardiff Universiteti", Norveçin "Sandefjord Fotball" və Moldovanın "Klassik Kişinau" komandaları mübarizə aparacaq.

Qeyd edək ki, oyunlar 18-21 avqustda Moldovada keçiriləcək.