Penitensiar Xidmət əməliyyat keçirdi - Gizlədilən avtomat tapıldı + Fotolar

15 Avqust 2016 10:40 (UTC+04:00)

Penitensiar Xidmətin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, avqustun 14-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı Şəhəri, Suraxanı rayon Polis idarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Suraxanı rayonunun Zığ qəsəbəsindəki qəbristanlığın ərazisində xüsusi üsul ilə gizlədilmiş 1 ədəd "AKS" tipli, 5,45 kalibrli avtomat silah aşkar edilərək götürülüb.

Fakt üzrə Bakı şəhəri Suraxanı rayon Polis idarəsində araşdırma aparılır.