Cəlilabadda ağır qəza - 1 ölü, 3 yaralı

15 Avqust 2016 11:19 (UTC+04:00)

Hadisə ötən gün axşam saatlarında Cəlilabad -Yardımlı avtomobil yolunun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Kövüzbulaq kənd sakini Əlifağa Mirzəyevin idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb.

Nəticədə sürücü də daxil olmaqla sənişinlər Zaur Ağayev, Xumar, Qətibə Ağayevalar müxtəlif dərəcəli bədən xasarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasıa çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Qətibə Ağayevanın həyatını xilas etmək mükün olmayıb.

Yaralıların vəziyyəti isə ağır olaraq qalır.

İlkin ehtmala görə qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Report.az