Sumqayıtda dəhşətli qəza - Bir ailə məhv oldu + Fotolar

15 Avqust 2016 12:00 (UTC+04:00)

Sumqayıt şəhər sakini Elşən Əliyevin idarə etdiyi "Hyunday Elantra" markalı avtomobillə "Mersedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində E. Əliyevin sərnişini - həyat yoldaşı Aysel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib.

E. Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Ailənin iki azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.

Xeberle.com