Ermənistanda hərbi maşın aşdı - 8 əsgər yaralandı

15 Avqust 2016 12:56 (UTC+04:00)

AzNews.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, hadisə Şimal avtovağzalı yaxınlığında baş verib.

Qəza nəticəsində Ermənistan ordusunun 8 əsgəri yaralanıb. Yaralılar hospitala yerləşdirilib. Ümumilikdə isə avtomobildə 16 əsgər olub.

Hadisəyə səbəb "Niva" markalı avtomobilin hərbi maşının qarşısına çıxması olub.