Mehriban Əliyeva aktyora sahib çıxdı - Əməliyyat xərcləri ödənəcək

15 Avqust 2016 13:30 (UTC+04:00)

Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib verib. O qeyd edib ki, bir müddət öncə səhhətində yaranmış problemlə əlaqədar Heydər Əliyev Fonduna etdiyi müraciətə cavab verilib: "Avqustun 8-də məktubuma müsbət cavab verilib. Əməliyyatımla bağlı Səhiyyə Nazirliyinə məktub göndərilib. Nazirlik də mənim əməliyyatımı Mirməhəmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanaya həvalə edib. Mən orada əməliyyat olunmalıyam. Artıq mən orada növbəyə dayanmışam, müayinələrdən keçirəm. Növbəm çatan kimi əməliyyat olunacağam".

Qeyd edək ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov böyrək çatışmazlığından əziyyət çəkir.

Bahar RÜSTƏMLİ
AzNews.az