Nadir camaatı söydü - Fotolar

15 Avqust 2016 14:12 (UTC+04:00)

İncəsənət nümayəndələrinin əksəriyyəti həmin tənqidlərə soyuqqanlı yanaşsalar da, onlara cavab verən, hətta təhqir edənlər də az deyil.

Bu kateqoriyadan olan şou nümayəndələrindən biri də müğənni Nadir Qafarzadədir.

İfaçı ötən gün sosial şəbəkədə onu tənqid edənlərə sərt münasibət bildirib.

"Məni sevənləri Allah saxlasın, sevməyənlər onsuz da, savadsız ve zövqsüz, cahillərdir! Onların sevgisi də özləri kimi kalitəsizdir! Çünki mənim varliğım onları narahat edir! Mən, Allahın mübarək ve seçilmiş bəndəsiyəm! Nə, xoş mənə! Səhifəmə girib, təhqir ve söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə… İndi ürəkli oğlan yazsın, amma telefon nömrəsini də yazsın. Mən isə kefdəyəm, Allah sizi kölə, şanssız və yazıq yaradıb"- deyə N. Qafarzadə bildirib.

Müğənniyə qarşı həmin paylaşımdan sonra izləyicilərin reaksiyası daha sərt olub.



Nadir müzakirələrin artdığını görərək yayımladığı foto və şərhi silib.

Sənətçi yayılan söz-söhbətlərə yenidən aydınlıq gətirmək istəyib.

Qafarzadə bildirib ki, o, xalqı təhqir etməyib, onu instaqramda tənqid edənlərə cavab verib:

"Bir daha dünən ki, söhbətə aydınlıq gətirmək istəyirəm. Heç kəsə heç nə qaranlıq qalmasın. Dünən ki, yazdıqlarım mənim şəxsi səhifəmə girib tənqid edənlərə idi, hamıya şamil etməmişəm. Məni sevməyənlərin Allah canını sağ eləsin. Sevgi güc və zorla əldə edilmir, içdən gəlməlidir. Ömür boyu xalqıma, dövlətimə borclu olmuşam. Məni narahat edən bir məsələ var, bəs biz kimi sevirik və bizi kim sevir? Dostumuz və düşmənimiz kimdir? Hələ ki, bunu ayırd edə bilmirik.

İnsanın gərək məqsədi və möqeyi olsun. Azərbaycanda yaxşı insanlar çoxdur, amma pislər də az deyil. Paxıllar, ev yıxanlar, ailə dağıdanlar, dələzudlar, yalançı və oğrular! Allah hamını belələrindən qorusun. Həyat qısadır, gəlin mehriban olaq və elə yaşayaq ki, sonra peşmançılıq çəkməyək. Düşmənlərimizi özümüzə güldürməyək".

Qafqazinfo.az