Azyaşlı kanala düşdü - Yevlaxda + Yenilənib

15 Avqust 2016 16:58 (UTC+04:00)

Bu gün Yevlax rayonu, Aran qəsəbəsində Yuxarı Qarabağ kanalına düşən azyaşlı vətəndaşlar tərəfindən tapılaraq aidiyyatı üzrə təhvil verilib.

***
15:14

Yevlax rayonunda azyaşlı kanala düşüb.

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu, Aran qəsəbəsində bir azyaşlının Yuxarı Qarabağ kanalına düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.