Türkiyədə terror - Ölənlərin sayı 7 nəfərə çatdı (Fotolar + Yenilənib)

15 Avqust 2016 19:08 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli yaralananlar var. Partlayış baş verən əraziyə çox sayda təcili yardım və polis maşınları cəlb olunub.




15:24
***
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ilkin məlumata görə hadisə nəticəsində 2-si polis olmaqla 3 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Partlayışla bağlı hələ ki, rəsmi məlumat verilməyib.

15:40
***

AzNews.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 polis və 1 mülki şəxs şəhid olub, 25 yaralı xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən 25 yaralıdan isə 2-i polis, 2-i mülki şəxs olmaqla, 4-ü həyatını itirib. Bununla, partlayış nəticəsində həyatını itirənlərin sayı 7 nəfərə çatıb.