Olimpiya mükafatçımızdan sərt cavab: “Bəzi başdan xarablar ...”

15 Avqust 2016 15:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Teymur Məmmədov feysbuk hesabında onu tənqid edənləri axmaq, başdan xarab adlandırıb.

"Bəzi başdan xarablar, boksdan başınız çıxmır nə yalandan, axmaq axmaq yazırsınız?!", - deyə bayraqdar özündən çıxıb.

Xatırladaq ki, dünən gecənin ikinci döyüşündə London Olimpiadasının bürünc mükafatçısı, milli komandamızın bayraqdarı Teymur Məmmədov yumruqlarının gücünü sınayıb. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda qazaxıstanlı Adilbek Niyazimbetovla döyüşüb. Medalın bir addımlığında olan boksçumuz bu hədəfinə çata bilməyib. Rəqibinə 0:3 hesabı ilə məğlub olan Məmmədov Olimpiadada çıxışını başa vurub.



Aygün