Güləşçimiz ilk görüşdə uduzdu

15 Avqust 2016 17:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, daha bir idmançımız mübarizəyə başlayıb.

85 kq çəki dərəcəsində Yunan-Roma güləşçimiz Saman Təhmasibi mübarizəyə 1/16 final mərhələsindən start verib. Son dünya çempionatının bürünc mükafatçısının ilk rəqibi Davit Çakvetadze (Rusiya) olub. Görüş rusiyalı idmançının qələbəsi ilə başa çatıb. Çakvetadze finala yüksələrsə, Təhmasibi bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

Digər güləşçimiz Sabah Şəriəti (130 kq) isə Olimpiadada 1/8 finaldan debüt edəcək. Avropa Oyunları və qitə birinciliyinin gümüş mükafatçısının ilk rəqibi David Smit (ABŞ) olacaq. Qarşılaşmanın saat 17:40-da başlanacağı nəzərdə tutulub.