Qazaxıstanda Nicata maraqlı sürpriz - Video

15 Avqust 2016 17:49 (UTC+04:00)

Bu barədə ATPress məlumat yayıb.

Yayılan məlumata görə, yüzlərlə gənc şəhərin mərkəzi meydanından start götürüb və mərkəzi küçələrdə şütüyüblər. Onlar bu yürüşü həmyerlimiz Nicat Rəhimovun doğum gününə və Olimpiyadada qızıl medal qazanmasına həsr ediblər.

İki il bundan əvvəl Azərbaycanı tərk edərək Qazaxıstana gedən Nicat avqustun 13-də 23 yaşını bayram edib. O, Bakını tərk etdikdən sonra Atırau şəhərində məskunlaşdığına görə həmin şəhərin sakinləri ona xüsusi rəğbət bəsləyirlər.

Xatırladaq ki, Olimpiyadada Qazaxıstanı təmsil edən Nicat Rəhimov dünya rekordunu yeniləməklə çempion adını qazanıb.

Oxu.az