Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salındı

15 Avqust 2016 21:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Vəkil Cavad Cavadovun APA-ya verdiyi məlumata görə, məhkəmə müdafiə tərəfinin kamera görüntülərinin məhkəməyə təqdim olunması barədə vəsatəti təmin edib.

Qeyd edək ki, B. Hacıyev ilə Yol Patrul Xidmətinin əməkdaşı olan polis nəfəri arasında mübahisə baş verib. Həmin polis əməkdaşı B. Hacıyevdən şikayət edib. Bundan sonra B. Hacıyev Yasamal rayon 27-ci Polis Bölməsinə çağırılıb.