Ətin qiyməti yenidən artıb - Video

15 Avqust 2016 21:47 (UTC+04:00)

Artımı həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların satış qiymətində görmək mümkündür. Məsələn, bir ətlik xırdabuynuzlu və iribuynuzlunun kiloqram hesabı ilə satış qiymətində təxminən 1 manat civarında yüksəlmə var.

Mal-qara satanlar bildirirlər ki, bahalaşmanın səbəbi bəslənmə heyvanlara verilən yemlərin qiymətinin yüksək qiymətə satılmasıdır. Heyvan bazarındakı bahalaşma ət satışı məntəqələrində də qiymətin yüksəlməsinə öz təsirini göstərib.

Qəssablar deyirlər ki, həm mal, həm də qoyun əti bahalaşıb. Ət satışı ilə məşğul olanların sözlərinə görə, bahalaşma alıcılıq qabliyyətinin də aşağı düşməsinə gətirib çıxarıb.
Qəssab Cahandar Musayev bildirib ki, əvvəllər gün ərzində 250 kiloqram çəkisi olan iribuynuzlu heyvan kəsirdilərsə, indi 100 kiloqramlıq heyvan kəsirlər.

Amma heyvan satışını həyata keçirən bəzi satıcılar isə bildirirlər ki, mal-qaranın qiyməti nə qədər yüksəlsə də ət alıb-yeyənlərin sayı kifayət qədərdir.

"Bir ay öncə quzu ətinin bir kiloqramı 7 manat olub. Həmin vaxt ət alıb yeyənlərin də sayı az olub. Amma quzu ətinin bir kiloqramı 8 manat olsa da ət alanlar çoxdur"-, deyə satıcı Yasir Nağıyev bildirib.




Region TV