Güləşçilərimiz ilk medalını qazandı - Yenilənib

16 Avqust 2016 08:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hesab 2:0 Sabahın xeyrinə davam edərkən rəqibinin kürəyini yerə sıxmağı bacaran iranlı legioner tam qalib gəlib və güləş yığmamıza bürünc medalı qazandırıb.

***
23:35


Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) Rio 2016 Olimpya Oyunlarında yarımfinala vəsiqə əldə edib.

Şəriəti venezuelalı Ervin Xose üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.

Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunur. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.

Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüblər.

Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcəklər.

Trend.az