Bakıda kolbasa sexi yandı

16 Avqust 2016 08:56 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus kolbasa sexinin ərazisində ümumi sahəsi 25 m² olan qazanxananın dam örtüyü yanıb. Sex yanğından mühafizə olunub.

Yanğın saat 1:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.