Natiq Cəfərlinin məhkəməsinin vaxtı bilindi

16 Avqust 2016 10:44 (UTC+04:00)

Bu barədə məlumat verən Natiq Cəfərlinin vəkili Cavad Cavadlı bildirib ki, şikayətə avqustun 17-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Məhkəmə qapalı keçiriləcək.

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

APA.az