“SOCAR Turkey”in sabiq baş direktoru həbs edildi

16 Avqust 2016 10:56 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, çıxarıldığı məhkəmədə silahlı terror təşkilatının üzvü olmaqda ittiham edilib.

Xatırladaq ki, ötən ay Türkiyədə hərbi çevriliş cəhdindən sonra İstanbul və Manisada aparılan əməliyyatlar zamanı Petkim-in FETÖ-ylə əlaqəli olduğu iddia edilən baş direktoru Sadəddin Qorqud və 25 vəzifəli şəxsi saxlanılmışdı.

Bundan əlavə, şirkətin bəzi rəhbər şəxsləri də istefa vermiş, 200-ə yaxın əməkdaşı isə FETÖ-ylə əlaqəsi olduğuna görə işdən çıxarılmışdı.


Sadəddin Qorqud