Rioda bədbəxt hadisə - Baş məşqçi qəzada öldü

16 Avqust 2016 11:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Almaniyanın kanoe-slalom yığma komandasının məşqçiliyini edən 35 yaşlı Stefan Henze Olimpiya kəndi yaxınlarında taksidə olarkən qəza olub. Qəza zamanı başından ağır zədə alan Stefen Henze reanimasiyada keçinib.

Xəbər Almaniya rəsmiləri tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, 35 yaşlı Henze 2004-cü ildə Afinada keçirilən olimpiya oyunlarında Markus Beker ilə birlikdə kanoe-slalom yarışında gümüş medal qazanıb. Cütlük 2003-cü ildə dünya çempionu, 2008-ci ildə isə Avropa çempionu olub.

Aygün