Ramil Usubov yeni rəis təyin etdi

16 Avqust 2016 11:23 (UTC+04:00)

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis mayoru Fəxrəddin Abbasov Daşkəsən RPŞ-nin rəisi vəzifəsinə təyin olunub. F. Abbasov yeni vəzifəyə təyinat almamışdan əvvəl daxili işlər nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Daşkəsən RPŞ-nın əvvəlki rəisi Elsevər Aslanov daxili işlər nazirinin əmri ilə Ağstafa RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

APA.az