“Qafqazinfo”çular bayram edir - Video

16 Avqust 2016 11:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sayt 2010-cu il avqustun 16-da oxucularına ilk xəbərini təqdim edib. Sayt fəaliyyətə başladığı gündən oxucuları operativ və obyektiv xəbərlə təmin etmək prinsipini əsas götürüb və bu gün də həmin prinsiplərə sadiqdir. Bu baxımdan da hazırda saytın oxucuları bəlli bir çevrə deyil, ən müxtəlif sosial qrupları təmsil edən internet istifadəçilərindən ibarətdir.

Sayta istifadəçilər təkcə Azərbaycandan deyil, dünyanın bir çox ölkələrindən daxil olur. Gün ərzində sayta 100-dən çox xəbər qoyulur, bu xəbərlər ən müxtəlif sahələri əhatə edir. Hazırda sutka ərzində 18 saat yenilənən "Qafqazinfo" yaxın zamanlarda 24 saatlıq iş rejiminə keçəcək və oxucuları fasiləsiz olaraq yeni xəbərlərlə təmin edəcək.

Hazırda redaksiyada 20-yə yaxın, əsasən gənclərdən ibarət olan kollektiv çalışır.

Sayta gündəlik 80 mindən artıq unikal İP-dən 100-120 min, aylıq isə 3 milyondan çox ziyarətçi daxil olur. Oxucuların 90 faizi Azərbaycan ziyarətçisidir.

Altı yaşı münasibəti ilə AzNews.az kollektivi olaraq "Qafqazinfo"çuları təbrik edirik.