Qaradağda qəza - 1 nəfər öldü

16 Avqust 2016 13:23 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 15-də saat 01 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı şəhər sakini Rəfayel Cəbrayılovun idarə etdiyi "Mercedes" və İsmayıllı rayon sakini Ürfət Quliyevin idarə etdiyi "KamAZ-5511" markalı avtomobillər toqquşub. Xəstəxanaya yerləşdirilən R.Cəbrayılov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.