Sumqayıtda ev yanaraq kül oldu

16 Avqust 2016 13:49 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 270 m2 olan evin yanar konstruksiyaları 150 m2 sahədə və dam örtüyü tamamilə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.